18 aprel 2024 – cü il tarixdə Fizika kafedrasının b.m. /p.f.d. Rüstəmova Samirə Kamandir qızının Fizika müəllimliyi ixtisası üzrə II kurs tələbələrinə “Fizika fənn kurikulumu” fənnindən “Əsas və alt standartların funksiyaları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakultəsinin dekan müavini dos.Tağıyeva M.C., Fizika kafedrasının müdiri dos. Y.B.Namazov, dos.N.İ.Quliyev., dos. S.İ.Əliyev., dos. Rüstəmov V.C., dos.Zeynalov Z.M., b/m.Musayev S.X., b/m.Mövsümova İ.M., müəl. R.A.Abbasov iştirak etmişlər.
b/m.Samirə Rüstəmova mühazirədə yüksək pedaqoji etika və natiqlik qabiliyyəti nümayiş etdirən müəllim diqqətini tələbələrin təfəkkürünü inkişaf etdirməyə yönəldə bildi.
Ənənəvi və fəal təlim metodlarından yeni texniki təlim vasitələrindən istifadə etməklə mühazirəni başa çatdırdı., məqsədinə nail oldu.
Dərs müzakirə olundu. Elmi, pedaqoji, psixoloji metodik cəhətdən təhlil olunaraq 30 balla “əla” qiymətləndirildi.