NÖVBƏTİ ELMİ SEMİNAR

17 may 2024-cü  il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki  fənlər fakültəsində Təsviri İncəsənət  kafedrasının növbəti elmi – seminarı keçirildi.

Elmi seminarda Təsviri incəsənət  kafedrasının professor – müəllim heyəti, Təsviri incəsənət  müəllimliyi ixtisasının tələbələri iştirak edirdi.

Seminarda Təsviri incəsənət  kafedrasının müəllimi Məmmədova Aybəniz Əli qızının  “Təsviri incəsənətdə rəng ən mühüm ifadə vasitələrindən biridir” mövzusunda çıxış etdi.  Müəl. Məmmədova Aybəniz  əyani vasitələrdən, yeni texniki təlim vasitələrdən  istifadə  etməklə seminar mövzusu haqqında məlumat verdi.

Daha  sonra Aybəniz Məmmədova müəllim və tələbələrin suallarına cavab verdi.

Məruzə ətrafında prof.M.Məmmədov., dos.A.Ə.Hüseynov., b/m.E.Rəsulova çıxılş etdilər.