29.XI. 2016- cı il tarixdə müəllim Rəşad Akif oğlu Abbasovun açıq dərsi keçirildi  

29  noyabr  2016 –cı il tarixdə  GDU – nin Fizika  kafedrasının müəllimi Abbasov Rəşad Akif oğlunun   IV kurs  Fizika müəllimliyi ixtisasında “Molekul fizikası” fənnindən  “Elektronoqrafiya və neytronoqrafiya üsulu ilə maddənin quruluşunun tədqiqi” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə  kafedra müdiri  dos.N.Quliyev və kafedranın 7 müəllimi, Psixologiya kafedrasının  dosenti C.İbrahimov., ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov.,  Fizika və texniki  fənlər fakültəsinin metodşurasının sədri prof. E.Mövsümov., dos.M.Tağıyeva., b/m.E.Məmmədov., b/m..S.Rüstəmova., dos.Y.Namazov., dos.S.Vəliyev  iştirak etmişlər.

Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirilmiş  və açıq dərs 30  balla – “əla” qiymətləndirilmişdir.