21 noyabr 2023-cü ildə ” ÜTF və texnologiya “ kafedrasının baş müəllimi Hüseynov Elbrus Cəlal oğlunun “Texnologiya müəllimliyi” ixtisasının I kursunda “Texniki yaradıcılığın əsasları” fənninin “Konstruksiyaetmə və modelləşdirmə, onun texniki yaradıcılığın inkişaf etdirilməsində mövqeyi və məzmunu” mövzusunda açıq dərsi oldu.
Açıq dərsdə fakültənin dekan müavini, dos. E.X.İsmayılov., GDU rektorunun səlahiyyətli nümayəndəsi, dos. Y.B.Namazov., ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., kafedranın əməkdaşlarından b/m.t.f.d.B.S.Hacıyeva., müəl.S.Ş.Əhmədova., kab.müd.A.Məmmədova., emal.müdiri. M.Nəsibov., lab.müd. A.Quliyeva iştirak etdilər.
b/m.Elbrus Hüseynov açıq dərsə aid sənədlərini hazırlanmış fənn proqramları (qrifli), sillabus (yeni formada), mühazirə mətni və jurnalı komissiya üzvlərinə təqdim etdikdən sonra müasir slayddan, kompyuter texnikasından əyani vasitələrdən istifadə etməklə mövzunu izah etdi. Mühazirənin gedişində tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları mövzunun izahına cəlb edirdi. Bu zaman tələbələrə verdiyi suallarda onların fərdi psixoloji xüsusiyyətlərini nəzərə alırdı. Dərsə ayrılan vaxtda mövzunun tədrisi tam başa çatdı.
Açıq dərs qənaətbəxş qiymətləndirildi.