

14 iyul 2025-ci il tarixində Gəncə Dölət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika ixtisası üzrə 2002-ci il məzunları doğma təhsil ocağını ziyarətə gəlmişlər. Fakültə dekanı professor Muğan Quliyev və Fizika kafedrasının müdiri dos. Yəhya Namazovun iştirakı ilə keçən bu görüş çox maraqlı və yaddaqalan olmuşdur.
Onlar əvvəlcə GDU-nun şəhid məzunları və onlara dərs demiş indi həyatda olmayan müəllimləri yad etdilər. Həmişə tələbələrin sevimli müəllimi olmuş Sabir müəllimi ( Fizika kafedrasının baş müəllimi Şəhid atası Sabir Abdullayev ) görməyi arzuladılar, lakin müəllimlər məzuniyyətdə olduqları üçün gürüşə bilmədilər. Sonra Fizika kafedrasında və auditoriyalarda tələbə vaxtı yaşadıqları xoş xatirələrlə bağlı maraqlı anlar, söhbətlər dilə gətirdilər. Görüşün daha maraqlı hissəsi o günləri 23 ildən sonra bir daha yaşamaq üçün tələbələrin xahişi ilə Yəhya Namazovun 217 saylı auditoriyada rəmzi dərsini dinləmələri oldu. Tələbələr öz yerlərində oturaraq müəllimin gəlişini gözləmiş, salamlaşmadan sonra dərs başlanmışdır…
Söhbətlər zamanı sevincdən doğan göz yaşlarına hakim ola bilməyən bəzi məzunlar doğma universitetin onların həyatında silinməz izlər buraxdığını, həyatda və cəmiyyətdə mövqe tutmalarında əvəzolunmaz rol oynadığını dilə gətirdilər. Belə maraqlı və yaddaqalan görüş təşkil olunduğuna görə universüitet rəhbərliyinə və fakültə rəhbərliyinə öş minnətdarlıqlarını bidirdilər.
30 illik yubileydə görüşmək ümidi ilə doğma universitetdən ayrıldılar…