27 sentyabr – anım günü ilə bağlı tədbir

Gəncə Dövlət Universitetinin Fizika və Texniki və Pedaqoji fakültələrinin gənc fəal tələbələrinin iştirakı ilə “27 Sentyabr” anım günü ilə bağlı tədbir keçirilib. Tədbirin açılış sözü Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm xanım Fətəliyevaya verilib. Mülki müdafiə kafedrasının müdiri b/m. Mahnur Məmmədova çıxış etmiş və tədbir iştirakçılarına öz töhfələrini vermişdir.

Fizika və Texniki fənlər fakültəsinin II kurs tələbəsi Məmmədli Ülviyyə 44 günlük müharibə zaman yaşanan hadisələrdən danışmışdır. Fakültələrəmizin tələbələri anım günü ilə əlaqədar çıxışlar etmişdir. Tədbirimizin əsas məqsədi hər dəfə olduğu kimi bu dəfədə Gəncə Dövlət Universitetinin tələbələrini vətənpərvər yetişdirməkdir.