





21 oktyabr 2025-ci il tarixində Fizika kafedrasının müəllimi Tahirova Tünzalə Tahir qızının I kurs Fizika müəllimliyi ixtisasında Mexanika fənnindən “Dinamikanın əsasları. İmpuls. İmpulsun saxlanma qanunu. Məsələ həlli ” mövzusunda açıq seminar dərsi keçirildi.
Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekanı prof. Muğan Quliyev, dekan müavini dos.Mətanət Tağıyeva, kafedranın professor – müəllim heyəti üzvlərindən f.f.d.b/m.Aysel Həmzəyeva., b/m. İlhamə Mövsümova, b/m.Rəşad Abbasov iştirak etmişdilər.
Müəllim Tünzalə Tahirova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Dərs qənaətbəxş qiymətləndirilmişdir.