





26 noyabr 2025- ci il tarixdə “ÜTF və texnologiya kafedrasının” dosenti, texnika üzrə fəlsəfə doktoru Əhədova Gülçimən Rasim qızının IV kurs “Texnologiya müəllimliyi” ixtisasında “Məişət elektrik cihazları” fənnindən “Ölçü cihazları- təzyiq ölçən, rütubət müəyyən edən və nəmlik indiqatoru” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. Mətanət Sadıxova., p.f.d.b/m. Gülbəniz Hüseynova., dos.(attestatsız) Bahar Hacıyeva., dos.(attestatsız) Saidə Tağıyeva., b/m. t.f.d. Təranə Verdiyeva, müəl.Samirə Əhmədova., müəl.Afət Məmmədzadə iştirak edirdilər.
Gülçimən Əhədova dərs prosesində yeni mövzunun izahı zamanı əyanilik prinsipinə və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. Dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən qonaqları və professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.