


10 dekabr 2025-ci il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar keçirildi. Kafedranın baş müəllimi Həsənova Emikya Məmməd qızı “VII sinif dərsliyində olan mövzulardan birinin,”Azərbaycanın memarlıq məktəbləri” adlı mövzusu ilə çıxış etmişdir.
Elmi seminarda Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti iştirak edirdi.
Bugünkü elmi seminarın məqsədi tədrisdə müasir metodların tətbiqi və dərs prosesinin effektiv təşkili ilə bağlı təcrübə mübadiləsidir. Müasir yanaşmalar şagirdlərin yaradıcı düşüncəsini, fəallığını və praktiki bacarıqlarını artırır. Bu cür seminarlar müəllimlərin peşəkar inkişafına və tədrisin keyfiyyətinə müsbət təsir göstərir.
Daha sonra Emilya Həsənova müəllimlərin suallarına cavab verdi.
Məruzə ətrafında kafedra müəllimləri öz fikirlərini bildirərək çıxılş etdilər.