




17 dekabr 2025- ci il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının baş müəllimi, p.f.d. Hüseynova Gülbəniz Qurban qızının IV kurs “Texnologiya müəllimliyi” ixtisasında “Kompüter qrafikası” fənnindən “Multimedia” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos. Mətanət Tağıyeva, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov və kafedranın professor – müəllim heyəti üzvlərindən dos. Gülçimən Əhədova., dos. Mətanət Sadıxova., t.f.d. b/m.Bahar Hacıyeva., müəl. Afət Məmmədzadə iştirak edirdilər.
Gülbəniz Hüseynova açıq dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.