

Gəncə şəhər YAP təşkilatçılığı ilə “Memarlıq və şəhərsalma ili” çərçivəsində tariximizin həqiqətləri adlı elmi – intellektual yarış keçirilmişdir. Yarışda Gəncə Dövlət Universitetini təmsil edən komanda yüksək nəticə göstərərək, I yerə layiq görülüb. Qalib komandanın üzvləri sırasında fakültəmizin Tələbə Elmi Cəmiyyətinin sədri, Fizika müəllimliyi II kurs tələbəsi Ülviyyə Məmmədli də yer almış, diplom və sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, qalib tələbələrimiz universitet rəhbərliyi tərəfindən də diqqətdən kənarda qalmamışdır. Rektor Yusif Yusibov tələbələrimizi təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.