B.S.HACIYEVANIN açıq dərsi keçirildi.

 

16.XII.2015 – ci il tarixində ÜTF və texnologiya kafedrasının baş müllimi Bahar Sabir qızı Hacıyevanın  Texnologiya müəllimliyi ixtisasınında təhsil alan IV kurs tələbələrinə tədris etdiyi “Əmək mühafizəsi və təhlükəsizlik” fənninə aid  laboratoriya məşğələsində “Elektrik enerjisinin təhlükəsizliyi” adlı mövzuya aid  açıq dərsi keçirildi.

Açıq dərsdə kafedra müdiri dos.M.T.Nağıyev, kafedranın professor – müəllim heyəti –  dosent E.M.Cavadov,  Psixologiya kafedrasının dosenti C.İbrahimov,  kafedranın dosenti G.Əhədova, laboratoriya müdiri A.Quliyeva, laborant İ.İsgəndərova  iştirak etmişlər.

Mövzu ilə bağlı plakatlardan və slaytdan istifadə edərək müəllimə mövzunun adını elan etdi, işin məzmununu tələbələrə izah etdi. Mövzuya aid tərtib etdiyi slaytlarla tələbələri tanış edib və dərsin izahını əyani vəsait olaraq slaytla göstərilən təhlükəsizlik qaydalarına aid, fərdi mühafizə vasitələrini, şəkillərini göstərir və izah edirdi.

Sonra yeni mövzuya aid sorğu apardı.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “yaxşı” qiymətləndirildi