Fizika və texniki fənlər fakültəsində 17.03.2017 – Novruz  bayramı  tədbiri

17 mart 2017 – ci il tarixdə Fizika və Texniki fənlər  fakültəsində Novruz bayramına həsr edilmiş bədii – musiqili tədbir keçirildi. Tədbiri giriş sözü ilə fakültənin dekanı  professor Muğan Quliyev açdı. O, fakültənin professor – müəllim, tədris – köməkçi  heyətini və bütünj tələbələri bayram münasibəti ilə təbrik etdi.  Onlara bütün işlərində uğurlar arzuladı.

Fakültənin tələbələri söylədikləri  şeirlərlə, oxuduqları mahnılarla bayram tədbirinin daha da şənləndirdilər.

Bu cür tədbirlər müəllim və tələbələr arasında səmimi   münasibətlərin yaranmasına  kömək edir.

BAYRAMINIZ MÜBARƏK!.