28.03.2017- ci il tarixdə    dosent Qasımov İldırım İbrahim oğlunun   açıq dərsi keçirildi

 

28  mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının  dosenti İldırım İbrahim oğlu Qasımovun  IV kurs Fizika ixtisasında  “Optoelektronika” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Optik yaddaş və yaddaş elementləri” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim  heyəti üzvlərindən 15 nəfər  iştirak etmişlər.

Dos.İ.İ.Qasımov açıq dərsin gedişində  əyani vasitələrdən istifadə etməklə mövzunu tələbələrə  çatdırıldı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yaxşı qiymətləndirildi.