YENİ İL ŞƏNLİYİ

IMG-20151226-WA0022

Hər il olduğu kimi bu ildə Universitetimizin daxilində müəllim və tələbə heyəti ilə İmperial şadlıq sarayında Yeni il şənliyi keçirildi.

Rektorumuz cənab Yusif müəllimin tələbələrə göstərdiyi qayğı nəticəsində baş tutan şənlik çox maraqlı və müxtəlif mükafatlarla  qeyd edildi. Buna görə də Rektorumuz Yusif müəllimə dərin minnətdarlığımızı bildiririk.

Tədbirin əsas məzmunu GDU – nun nəzdində keçirilmiş “İlin tələbəsi” yarışının qalibini müəyyənləşdirmək və tələbələrə bir neçə saatlıq da olsa xoş anlar yaşatmaqdır. Yaradıcılıq nominasiyası üzrə qalib məhz bizim Fakültənin tələbəsi Təsviri İncəsənət müəllimliyi III kurs tələbəsi Qarayev Mobil olmuşdur. Bundan başqa Təsviri İncənət müəllimliyi I kurs tələbəsi Arıxova Nigar da “İnşa” müsabiqəsində III yerə layiq görüldüyü üçün diplomla mükafatlandırıldı. “Bilik” yarışında qalib gələn tələbələrimiz də müxtəlif hədiyyələrlə mükafatlandırıldı.

Yeni İl şənliyi çox maraqlı və hamının xoşuna gələn səviyyədə keçdi.