Dos.AKİF HÜSEYNOVUN NAİLİYYƏTİ

Akif

Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər Fakültəsinin Təsviri  İncənət  kafedrasinin  dosenti Akif  Əlirza oğlu Hüseynovun yeni nailiyyəti çox sevindirici oldu. Rəssam, alim, pedaqoq – təmkin və bacarıqla üç sahədə öz qabiliyyətini inkişaf etdirmiş və bu üç sahəni eyni məqsəd ətrafında birləşdirə bilmişdir. Onun qrafika, yağlı boya və akvarel ilə yaratdığı rəsm əsərləri onlarla Respublika və SSRİ deyilən ittifaqda sərgiləri nümayiş etdirilmiş və fəxri fərmanlara  layiq görülmüşdür.

Rəssam, alim, pedaqoq… Bu üç cəhəti özündə birləşdirən Akif Hüseynov həyatını gənc nəslin yetişməsinə həsr edərək, layiqli bir müəllim ömrü yaşamaqdadır.

Biz bu şərəfli ömür yollarında Akif müəllimə bundan sonra da yeni – yeni uğurlar diləyirik.