Marafon – 2017

Sentyabrın 17 – də şəhərimizdə  Heydər Əliyev Fondunun  təşəbbüsü ilə “Gəncə Marafonu – 2017” keçirildi. Ənənəvi olaraq hər il reallaşacaq regionlararası bu layihənin  ilki Gəncədə həyata keçirildi.

“Gəncə marafonu- 2017” Heydər Əliyev fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin  dəstəyi ilə təşkil olunmuşdu. Marafona eksklüziv tərəfdaşlığı “Azərsell Telekom”təşkil edirdi. Həmişə olduğu kimi Gəncə Dövlət Universitetinin bütün kollektivi bu tədbirdə  böyük ruh yüksəkliyi  ilə iştirak etdi. İştirakçıların  start yerinə çatdırılması  Universitet və şəhər İcra Hakimiyyəti  rəhbərliyi tərəfindən son dərəcə yaxşı təşkil  edilmişdi. Fizika və texniki fənlər fakültəsinin tələbə və professor-müəllim heyyəti GDU – nun II tədris binası qarşısından avtobuslarla vaxtında Heydər Əliyev Park Kompleksinə çatdırıldı. Marafona  dəqiq olaraq  nəzərdə tutulduğu vaxtda – saat 10-00 -da start verildi. Fakültəmizin 350 nəfər tələbəsi, 30 –a yaxın professor – müəllim heyəti  fakültə dekanı professor Muğan Quliyev başda olmaqla marafonda iştirak etdilər.

Fakültəmizin Marafonda iştirak edən hər bir üzvü yaşının, hazırlığının, sağlamlığının imkan verdiyi qədər  məsafə qət etdi.  Gəncə marafonu bizim üçün yarış olmaqdan daha çox, tələbə və müəllimlərimizin, bütün kollektivin qeyri – rəsmi  şəraitdə bir – biri ilə söhbət etmək,  fikirlərini bölüşmək və bir – birini daha yaxından tanıması üçün fürsət oldu. Bu daha çox fakültəmizin  yenicə birinci kurs tələbəsi statusunu qazanmış və hələ bir  birini və müəllimlərini  yaxından tanımağa imkan tapmamış  tələbələrinə aiddir. Qısaca desək günəşli, aydın sentyabr sabahı, təmiz hava, möhtəşəm, gözəl və ürək oxşayan Heydər Əliyev Park Komplkesi, Zəfər tağı, gülümsəyən və bir – biri ilə səmimi söhbət edən tələbə və müəllimlər möhtəşəm  marafon startı və qələbə finişi – uzun müddət yaddaşlardan çıxmayacaq.