4 aprel 2016 – cı ildə dosent Gülçimən Əhədovanın AÇIQ DƏRSİ keçirildi.

 

04.IV.2016 – cı il tarixində ÜTF və texnologiya kafedrasının dosenti Gülçimən Rasim qızı Əhədovanın    Texnologiya müəllimliyi ixtisasının  IV kursunda  Məişətdə istifadə olunan alətlər  fənnindən   “Elelktrik ütülər və tipləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə kafedra müdiri dos.M.T.Nağıyev, kafedranın professor – müəllim heyəti –  dosent M.Q.Yusifov,  dosent R.Həsənov., Psixologiya kafedrasının dosenti C.İbrahimov iştirak etmişlər.

 

İlk növbədə müəllimə tələbələrin dərsə davamiyyətini yoxladı və sinif jurnalında qeydlərini apardı. Müəllimə keçmiş dərs haqqında məlumat verib sual cavab apardı. Suallar verərək yeni mövzuya keçdi. Mövzunun haqqında slaytdan istifadə edərək ətraflı və geniş məlumat verərək çox maraqlı dərs apardı.

Sonra yeni mövzuya aid tələbələrlə sual – cavab aparıldı.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “əla” qiymətləndirildi.