08.XII.2021- ci il tarixdə dos.Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi

08.XII.2021- ci il tarixdə dos.Namazov Yəhya Binnət oğlunun açıq dərsi keçirildi

      08 dekabr 2021-ci il tarixdə  GDU –nun Fizika və texniki fənlər fakültəsində II kurs “Fizika müəllimliyi” ixtisasının  II(1) qrupunda  Fizika kafedrasınındosenti Namazov Yəhya Binnət oğlunun  “Elektrik və maqnetizm” fənnindən “Bio – Savar –Laplas qanunu və onun  tətbiqləri. Vakuumda tam cərəyan qanunu” mövzusunda  açıq seminar  dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının  müdiri dos. N.İ. Qu-liyev, Fakültə Tədris Metodiki  Şurasının sədri dos. M.C. Tağıyeva., b/m. E.M.Məmmədov., b/m.S.X.Musayev.,  müəl. R.A. Abbasov., müəl.A.İ.Kazımova., müəl.T.T.Tahirova., müəl.İ.A.Seyidova iştirak edirdilər.

Açıq dərsin başlanğıcında  dos.Y.B.Namazov tələbələrə  mövzu barədə  ətraflı məlumtat Verdi və onları seminarın mövzu planı ilə tanış etdi. Daha sonra ətrafında tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla,  onlarla  kommunikativ  əlaqələr  quraraq sorğu – sual  apardı.  Mövzu üzrə sorğu – sual apararkən dos.Y.B.Namazov tələbələrin təfəkkürünü ikişaf etdirmək məqsəsilə hər bir suala müxtəlif tərəflərdən yanaşaraq yüksək pedaqoji etika və bacarıq nümayiş etdirdi. Mövzunun izahı zamanı ənənəvi və fəal təlim metodlarından istifadə  edirdi. Sorğu – sual bitdikdən  sonra mövzuya  aid məsələ həllinə başladı və tələbələri məsələ həllinə cəlb etdi və onların biliyini qiymətləndirdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və dos.Y.B.Namazovun açıq dərsi  35 balla “əla” qiymətləndirildi.