“XOCALI. UŞAQLI. CAVANLI. QOCALI. UNUTMAYACAĞIQ”

1988 – ci ildən etibarən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə baş vermiş ən müdhiş ən faciəvi olan qəddarlıq aktlarından biri Xocalı soyqırımıdır.

Xocalı faciəsi son yüz ildən bir dövrdə ifrat erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və etnik tənzimləmə siyasətinin yeni bir səhifəsidir.

Bu faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətində həm dövlət səviyyəsində, həm müxtəlif  qurumlar, həm də ayrı – ayrı vətəndaşlarımız tərəfindən ötən 30 il ərzində həm respublika daxilində, istərsədə respublikamızdan kənarda beynəlxalq səviyyəli görüşlər, toplantılar, konfranslar, sənədli və bədii  kitablar buraxılıb, sərgilər keçirilib.

GDU –nun Fizika və texniki fənlər fakültəsinin professor – müəllim heyəti və tələbələri ilə birgə “XOCALI. UŞAQLI. CAVANLI. QOCALI. UNUTMAYACAĞIQ” mövzusunda anım tədbiri keçirilmişdir.

İlk sözlə GDU –nun Humanitar məsələləri üzrə prof. Dos.G.Fətəliyeva çıxış edərək bildirdi ki,  Xocalı azərbaycanlıların minilliklərdən  bəri məskunlaşdığı yerdir və burada qədim tarixi abidələr işğal gününə qədər qalmaqda idi. Əslində Xocalı şəhəri 1991 –ci ilin oktyabrından  blokadada idi.

Xocalı ancaq sakinlərin əzmkarlığı və şəhərin könüllü  özünümüdafiə dəstələrinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. O, ağır günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Ermənilər isə ağ geyimli xüsusi qruplarla vertalyotların köməyi ilə meşələrdə gizlənmiş köməksiz Xocalı sakinlərinin axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyublar.

Daha sonra Fakültəmizin tələbələrinin (Babayeva Nurtac, Verdiyeva Gültəkin, Alıyev Elşad, Osmanov Məhəmməd, Nəbiyeva Könül, Əhmədova Aytən, İsgəndərov Əli, Əliyeva Fatimə) iştirakı ilə bədii kompozisiya təqdim olundu.