“Təsviri incəsənət müəllimliyi” ixtisasının   I kurs tələbələri ilə “Boyakarlıq” fənnindən “Gips  ornamentlə natürmort (qrizayl)” mövzusunda açıq dərs.

11.03.2022- ci il tarixdə b/müəl. Məhərrəmov Əbülfət Paşa oğlunun açıq dərsi keçirildi

11 mart 2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Məhərrəmov Əbülfət Paşa oğlunun  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Boyakarlıq” fənnindən “Gips  ornamentlə natürmort (qrizayl)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. A.Ə.Hüseynov., b/m.E.M.Həsənova, b/m.S.E.Kərimova, müəl. A.Ə.Məmmədova iştirak  etdilər.

“Gips ornamentlə natürmort” mövzusunda keçdiyi dərs müasir tələblərə tamamilə cavab verirdi. Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.

Dərs  “qənaətbəxş” qiymətləndirildi.