04.04.2022- ci il tarixdə müəl. Məmmədova Aybəniz Əli qızının açıq dərsi keçirildi

4 aprel   2022- ci il tarixdə “Təsviri incəsənət”  kafedrasının müəllimi Məmmədova Aybəniz Əli  qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II2-2 qrup ixtisasında  “Boyakarlıq” fənnindən “Kişi portretinin etüdü ” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov və professor müəllim heyəti üzvlərindən 5 nəfər    iştirak  etdilər.

Müəl.A.Ə.Məmmədova  dərsə  yaxşı hazırlaşmışdı. Dərs prosesində  yeni mövzunun izahı zamanı əyanilik prinsipinə  və müasir kommunikasiya texnologiyalarından istifadə etdi. 

Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə keçirildi və açıq dərs qənaətbəxş hesab edildi.