“UŞAQ EVİ”NDƏKİ UŞAQLARA QAYĞI

15 aprel 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin bir qrup müəllimləri və fakültənin tələbələri Gəncə şəhərində yerləşən  Uşaq Evlərindən birini ziyarət etmişlər.

Uşaq evindəki uşaqlarla maraqlanıb, onların qayğısına qalmışlar.  Uşaqlar öz bacarıqlarını göstərmiş, şeir söyləmiş, mahnı oxumuşlar. Müəlimlər və Tələbələr onların dünya görüşlərinin artırılmasında könüllü olaraq fəal iştirak etmişlər.

Bunun üçün Uşaq Evinin Rəhbərliyinə Nazilə xanım İsmayılovaya öz minnətdarlığımızı bildiririk.