26.04.2022-ci il tarixdə Verdiyeva Təranə Zahid qızının açıq dərsi keçirildi.

26  aprel  2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/m. t.f.d.Verdiyeva Təranə Zahid  qızının II kurs  Təsviri incəsənət  müəllimliyi  ixtisasında  “Perspektiva”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Çevrənin və həndəsi  cisimlərin perspektivinin qurulması” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.M.C.Tağıyeva.,  ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., kafedranın  professor–müəllim  heyəti üzvlərindən: dos.G.R.Əhədova.,  b/m-M.Ş.Sadıxova.,  kabinə müdiri- Ə.Qurbanova., tədris ustası X.Əkrəfi  iştirak edirdilər.

B/m.Verdiyev T.Z. öz pedaqoji ustalığından istifadə edərək, dərsi tələbələrə tam çatdıra bildi. Slaydlarla mövzunu hərtərəfli şəkildə  tələbələrə göstərdi.

B/müəl.T.Z.Verdiyeva  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə tam aktuallığı ilə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs “yaxşı”  qiymətləndirildi.