“Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əlyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işi mühüm məsələlərdən biri sayılır.

5 may 2022 – ci il tarixində   Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər  fakültəsinin  professor – müəllim heyəti və tələbələrin iştirakı ilə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan  Respublikasının Dövlət  Himninin səsləndirilməsi və tədbir iştirakçıları tərəfindən oxunması ilə başlandı.

Sonra GDU –nun Humanitar  Məsələlər üzrə prorektoru  dos.Gülsüm xanım Fətəliyeva çıxış etdi. O, Ulu öndər Heydər Əliyevin keçdiyi uzun və şərəfli həyat yolu, siyasi fəaliyyəti haqqında  məzmunlu çıxış etdi. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin qurucusudur. O, xalqımızı  səfərbər edərək bu dövləti qurmuş, onun müstəqillliyini daimi əbədi və dönməz olması üçün lazım olan  bütün işləri həyata keçirmişdir. 2003 –cü ildən  başlayaraq Ulu öndərin bu işini onun siyasi irsinin davamçısı möhtərəm prezidentimiz  İlham Əliyev ləyaqətlə davam etdirir.

Çıxışdan sonra fakültə tələbələri hazırladıqları çıxışları  təqdim etdilər.