Gəncə Uşaq Evi

8 may  2022 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyevin təşəbbüsü ilə fakültənin  bir qrup tələbələri və Təsviri incəsənət kafedrasının baş müəllimi Kazımova Xəyalə Eyvaz qızı Gəncə şəhərində yerləşən  Gəncə Uşaq Evindəki MAY ayında doğulan uşaqların ad gününü qeyd etmək üçün  təbrikə getmişlər.