ELMİ KONFRANS

10 iyun 2022 – ci il tarixdə Gəncə Dövlət Universitetində Ulu öndər H.Əliyevin anadan olmasının 99 –cu ildönümünə həsr olunmuş Beynəlxalq  Elmi konfrans öz işinə başlamışdır. Konfransın açılış mərasimi Gəncə Dövlət Universitetinin 5-ci korpusunda keçirilmişdir. Açılış mərasimində Gəncə şəhər icra  hakimiyyətinin başçısı cənab N.Bayramov, GDU – nun rektoru prof.Y.Ə.Yusibov və konfransa dəvət olunan qonaqlar çıxış etmişlər.

Nahar fasiləsindən sonra konfrans bölmələrdə öz işini davam etdirmişdir. Fizika bölməsinə aid Elmi Konfransın işi Fizika və texniki fənlər fakültəsində davam  etdirilmişdir. GDU – nun Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyevin, Fizika kafedrasının müdiri dos.N.Quliyevin və digərlərinin çıxışları böyük maraqla dinlənildi. Çıxış edənlərdən hər biri konfrans iştirakçılarının suallarını cavablandırdılar.