30.IX.2022-ci il tarixdə dos.Əhədova Gülçimən Rasim qızının IV kurs Texnologiya müəllimliyi ixtisasında açıq dərsi keçirildi

30 sentyabr  2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının dosenti Əhədova Gülçimən Rasim qızının IV kurs “Texnologiya  müəllimliyi” ixtisasında “Məişət elektrik cihazları” fənnindən “Çox yüksək tezlikli elektrik sobası”  mövzusunda  açıq dərsi keçirildi.

Dos.G.R.Əhədova açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.