MÜƏLLİMLƏRƏ EDUMAN LAYİHƏSİ ÜZRƏ TƏLİM KEÇİRİLDİ

27sentyabr 2024-cü il tarixdə Fizika və texniki fakultəsində Eduman layihəsinə təhkim olunmus fakultə admini İsgəndərova Əntiqə tərəfindən Fizika və texniki fənlər fakültəsi kafedrasının professor – müəllim heyətinə layihəyə həsr olunmus təlim keçirilmişdir. Təlimdə müəllimlərə EDUMAN layihəsi haqqında geniş məlumat catdirıldı. Müəllimləri maraqlandiran suallara ətrafli cavab verildi..

27 sentyabr – ANIM GÜNÜ

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və

Daha ətraflı

15 SENTYABR – BİLİK GÜNÜ

          Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub.

Daha ətraflı

KAFEDRA İCLASI – 11.09.2024

11.09.2024-cü  il  tarixdə  “ÜTF və texnologiya” kafedrasının iclası keçirildi. İclasda kafedra müdiri, dos. E.M.Cavadov, dos. M.T.Nağıyev, dos.C.Qarayev, dos. G.R.Əhədova, dos. (attestatsız) M.Ş.Sadıxova, dos. (attestatsız) B.S.Hacıyeva, b/m  S.A.Tağıyeva,  b/m T.Z.Verdiyeva, b/m G.Q.Hüseynova, b/m  E.C.Hüseynov, b/m A.H.Əliyeva, b/müəl.E.M.Məmmədov., müəl. E.E.Həsənova, müəllim A.C.Məmmədzadə və müəllim İ.A.Seyidova  iştirak edirdilər.

TƏSVİRİ İNCƏSƏNƏT KAFEDRASININ PROFESSORU ŞAİQ MƏMMƏDOV TURAN ELMLƏR AKADEMİYASININ XALQ RƏSSAMI SEÇİLMİŞDİR.

Azərbaycan Respublikasının Əməkdar rəssamı, Təsviri incəsənət kafedrasının professoru, Turan Elmlər Akademiyasının Akademiki Şaiq Məmmədov 26.08.2024-cü il tarixdə Turanın Xalq rəssamı seçilmişdir. 04.09.2024-cü il tarixdə bədii metalişləmə və qrafika yaradıcılığına həsr olunmuş kitab-kataloq nəşr edilmişdir TƏBRİKLƏR!!!

ELMİ ŞURA- 01.07.2024

B İ L D İ R İ Ş 1 iyul  2024 cü – il tarixdə saat   12 00 – da  Gəncə  Dövlət  Universitetinin    Fizika və texniki  fənlər fakültəsinin Elmi Şurasının iclası keçiriləcəkdir. 1. Fakültədə fəaliyyət göstərən ixtisas kafedralarda növbəti 2024/2025 – cü tədris ili üçün dərs yüklərinin mövcud vəziyyəti barədə (dekan müavini, kaf.müdirləri) Cari məsələ:

Daha ətraflı

26 İYUN – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram. İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və

Daha ətraflı

15 iyun – Milli qurtuluş günü

Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında qeyd edilən rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və

Daha ətraflı

TƏBRİK EDİRİK!

Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi Tağıyeva Ruqiyyə Akif qızı 5804.01 – Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə fəlsəfə doktoru diplomu almışdır.