15.XI.2022-ci il tarixdə b/m.Kazımova Səriyyə Eyvaz qızının III kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında açıq dərsi keçirildi.

15 noyabr  2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Kazımova Səriyyə Eyvaz qızsının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “Təsviri incəsənət və onun tədrisi metodikası” fənnindən “İncəsənət haqqında müsahibə məşğələsi üçün əyani vəsaitin hazırlanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU- rektorunun səlahiyyətli nümayəndələri dos.Namazov Yəhya., dos.İbrahimov Cəfər, Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 4 nəfər iştirak  edirdi.

Açıq dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı. Yeni mövzunun izahı zamanı tez – tez ədəbiyyatdan istifadə edirdi. Mövzuya aid kağız üzərində əyani vəsaitləri slaydla nümayiş etdirirdi.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən “qənaətbəxş” qiymətləndirildi.