5 .XI.2022-ci il tarixdə b/m. S.A.Tağıyevanın IV kurs “Təsviri incəsənət  müəllimliyi” ixtisasında  açıq dərsi keçirildi.

5 Noyabr  2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının b/m. Tağıyeva Saidə Abduləli  qızının IV kurs “Təsviri incəsənət  müəllimliyi” ixtisasında “Texniki və bədii konstruksiyaetmə” fənnindən “Plastik kütlələrin emal metodları və modellərin plastik kütlələrdən hzırlanma üsulları”  mövzusunda  açıq dərsi keçirildi.

b/m.Tağıyeva S.A. açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.