24.XI.2022-ci il tarixdə b/m. t.f.d. Verdyeva Təranə Zahid qızının “Qrafika” fənnindən I kurs “Texnologiya müəllimliyi” ixtisasında açıq dərsi keçirildi.

24 Noyabr  2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının b/m.t.f.d. Verdiyeva Təranə Zahid qızının I kurs “Texnologiya müəllimliyi” ixtisasında “Qrafika” fənnindən “Detalın eskizinin qurulması ”  mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev “ÜTF və texnologiya” kafedrasının müdiri dos.E.M.Cavadov., GDU-nun açıq dərslərə nəzarət komissiyasının üzvü dos.C.İbrahimov və kafedranın professor – müəllim heyəti üzvlərindən 4 nəfər iştirak edirdilər.

b/m.Verdiyeva T.Z. açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “27 balla yaxşı ” qiymətləndirildi.