24.XI.2022-ci il tarixdə b/m. Əliyeva Afət Həmid qızının III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Tikiş texnologiyası” fənnindən açıq dərsi keçirildi.

24 Noyabr  2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının b/m. Əliyeva Afət Həmid qızının III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Tikiş texnologiyası” fənnindən “Koftanın (bluzun) tikilməsi texnologiyası ”  mövzusunda  açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev “ÜTF və texnologiya” kafedrasının müdiri dos.E.M.Cavadov., GDU-nun açıq dərslərə nəzarət komissiyasının üzvü dos. Y.B.Namazov., dos.C.İbrahimov., kafedranın professor – müəllim heyəti üzvlərindən 3 nəfər iştirak edirdilər.

b/m.Əliyeva Afət açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, əyani vəsaitlərlə apardı.  İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 29 balla – “əla” qiymətləndirildi.