16 may 2016 – MƏZUN GÜNÜ

“Məzun günü” ilə bağlı  16 may 2016 – cı il tarixdə GDU-nun ən gözəl korpusu olan 2-ci korpusda hər il olduğu kimi bu ildə möhtəşəm tədbir keçirildi.  Amma bizim o biri məzunlardan fərqimiz MƏZUN günümüzün  məhz 31 may tarixində deyil, 16 may tarixində keçirilməsidir.

Biz tədris ilində bütün müəllimlərlə ünsiyyət qurmağı, həyata baxışı, özümüz öz daxilimizdə gələcəkdə müəllim olmağı öyrəndik.  Müəllimlərimiz bizə müəllim kimi deyil, valideyn qayğısı kimi yanaşdılar, başda fakültəmizin dekanı dos.İ.İ.Qasımov olmaqla  öz dərin təşək-kürümüzü bildiririk.

Məzun yoldaşlarımıza isə gələcəkdə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Həyatda hər şeyə nail olmağı bacarsınlar.