14.XII.2022- ci il tarixdə  b/m. Hüseynov Elbrus Cəlal oğlunun III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Avtomobil” fənnindən açıq mühazirə dərsi keçirildi.

14 dekabr 2022- ci il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının b/m. Hüseynov Elbrus Cəlal oğlunun III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Avtomobil” fənnindən “Daxili Yanma Mühərrikinin yağlama və soyutma sistemləri”  mövzusunda  açıq mühazirə dərsi keçirildi.

Açıq dərsdə   Fakültə dekanı prof.M.S.Quliyev., “ÜTF və texnologiya” kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.G.R.Əhədova., p.f.d.b/m.G.Q.Hüseynova., t.f.d. b/m.S.A.Tağıyeva iştirak edirdilər.

b/m.E.C.Hüseynov açıq dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi.

Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.  Müəllim izahını video görüntülərlə izah edirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.