14.XII.2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Verdiyeva Esmira Hüseyn qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Vitraj” fənnindən açıq dərsi keçirildi.

14 dekabr 2022-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Verdiyeva Esmira Hüseyn qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  IV kurs tələbələri ilə “Vitraj” fənnindən “Bədii ədəbiyyat illüstrasiyasının vitraj üsulu ilə işlənməsi” Bölmə: Seçilmiş eskizin materialı (şüşəyə köçürülməsi) mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən dos.A.Ə.Hüseynov., b/m.Ə.P.Məhərrəmov., b/m.R.Q.Allahverdiyeva., müəl.Aybəniz Məmmədova., müəl.R.A.Tağıyeva iştirak  edirdilər.

Dərsin təchizatı, tələbələrin  dərsdə  iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı.  Müəllim izahını video görüntülərlə izah edirdi. Sonda mövzuya aid slaydın nümayişi və müəllimin mövzunu praktik şəkildə işləməsi dərsdə canlanma yaratdı.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən qiymətləndirilərək  “qənaətbəxş” qiymətləndirildi.