10 mart 2023-cü il tarixdə III kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının “Nüvə fizikası” fənnindən “Atom nüvəsinin modelləri” mövzusunda açıq dərsi keçirildi.

10 mart 2023-cü il tarixdə GDU-nun Fizika və texniki fənlər fakültəsinin III kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının “Nüvə fizikası” fənnindən “Atom nüvəsinin modelləri” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, dosentlər M.C.Tağıyeva., E.X.İsmayılov., b/m.S.X.Musayev., b/m.E.M.Məmmədov., müəllimlər N.Ə.Verdiyeva., T.T.Tahirova iştirak edirdilər.

Açıq dərsdə dos.S.P.İsgəndərova əyani vəsaitlərdən, kompyuter texnikasından, texniki təlim vasitələrindən istifadə etməklə tələbələrə atomun damcı təbəqə , ümumiləşmiş, optik modelləri haqqında məlumat verdi. Mövzunun izahı zamanı o, tələbələrlə konstruktiv və kommunikativ əlaqələr qurur, tələbələri aktiv şəkildə mövzunun izahına cəlb edirdi.

Açıq dərsdən sonra tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.