10 mart 2023- cü il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının dosenti Əhədova Gülçimən Rasim qızının II kurs “Texnologiya müəllimliyi” ixtisasında “Materialların kəsilməsi, dəzgah və alətlər” fənnindən “Metalkəsən dəzgahların təsnifatı, qovşaq və mexanizmləri” mövzusunda açıq dərsi keçirildi.
dos. G.R. Əhədova dərsin məqsədi, iştirak edənlər barədə tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.