05.04.2023- cü il tarixdə müəl. Tağıyeva Ruqiyyə Akif qızının II kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən açıq dərsi keçirildi

05.04.2023- cü il tarixdə müəl. Tağıyeva Ruqiyyə Akif qızının  açıq dərsi keçirildi

5 aprel   2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının müəllimi Tağıyeva Ruqiyyə Akif qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Qadın portretinin etüdü” “İşin bütövləşdirilməsi və tamamlanması”mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekan müavini, dos.E.İsmayılov, Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 7 nəfər iştirak  edirdi.

Ruqiyyə müəllimə hiss olunurdu ki, dərsə çox yaxşı hazırlaşmışdı. Mövzunu əhatə etmək üçün əvvəlcədən mövzuya uyğun zəngin əyani vasitələr və slaydlar hazırlamışdı. Bu da tələbələrdə daha da mövzunun işlənməsi haqqında yüksək həvəs oyatdı. Müəllimə tələbələrlə gözəl ünsiyyət qurdu və hər bir tələbə ilə fikir mübadiləsi yaratdı.

Ümumiyyətlə, dərs yüksək səviyyədə keçirildi.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilərək  “qənaətbəxş” hesab edildi.