05 aprel 2023-cü il tarixdə müəl.Tahirova Tünzalə Tahir qızının “Fizika müəllimliyi” ixtisasının II kurs tələbələrinə “Kurikulumun növləri” mövzusunda açıq dərsi keçirildi.

05 aprel 2023-cü il tarixdə GDU-nun Fizika və texniki fənlər fakültəsinin II (1) kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının müəl.Tahirova Tünzalə Tahir qızının “Fizika fənn kurikulumu” fənnindən “Kurikulumun növləri” mövzusunda açıq seminar dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof. M.S.Quliyev, Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev, kafedranın b/m.p.f.d. S.K.rüstəmova., müəl.İ.A.Seyidova, dos.M.C.Tağıyeva, müəl.N.Ə.Verdiyeva., b/m.S.X.Musayev iştirak edirdilər.

T.T.Tahirova açıq dərsə tələbələri seminarın mövzu planı ilə tanış etməklə başladı. Sonra isə tələbələri fəal şəkildə mövzunun izahına cəlb etməklə, əyani vasitələrdən, kompyuter texnikasından istifadə edərək mövzunu ardıcıl plan üzrə izah etdi. Tələbələrin fərdi və psixoloji xüsusiyyətlərini nəzərə almaqla onlarla kommunikativ və konstruktiv əlaqələr qururdu.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə edildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi