11 aprel 2023- cü il tarixdə I kurs “Fizika müəllimliyi” ixtisasında b/m.Mövsümova İlhamə Möhkəm qızının “Fizikada əsas anlayışlar və onların tədrisi” fənnindən açıq dərsi keçirilmişdir.

11 aprel 2023- cü il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsinin I kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının baş müəllimi Mövsümova İlhamə Möhkəm qızının “Fizikada əsas anlayışlar və onların tədrisi” fənnindən “Molekulyar kinetik nəzəriyyəsinin, termodinamikanın əsas anlayışlarının, təzyiq, temperatur və daxili enerji anlayışlarının elmi – metodik təhlili” mövzusunda açıq dərsi keçirilmişdir.

Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev, fakültə dekanının müavini, dos.M.C.Tağıyeva, dos.E.X.İsmayılov., GDU- rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov, müəllimlər N.Ə.Verdiyeva., T.T.Tahirova iştirak edirdilər.

B/m. İ.M.Mövsümova açıq dərsin mövzusunun tələbələrin nəzərinə çatdırdıqdan sonra, onlarla kommunikativ və konstruktiv əlaqələr quraraq, onları fəal şəkildə yeni mövzunun izahına cəlb etdi. Mövzunun izahı zamanı İ.M.Mövsümova əyani vasitələrdən, kompyuter texnikasından bacarıqla istifadə edir, tələbələrə mövzunun izahını verdikcə yüksək pedaqoji ustalıq və bacarıq nümayiş etdirirdi.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.