12 aprel   2023-cü il tarixdə  b/m.Rəsulova Elnarə Qoşqar qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Yaz mənzərəsinin etüdü” mövzusunda açıq dərsi keçirildi.

12 aprel   2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Rəsulova Elnarə Qoşqar qızının   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  I kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Yaz mənzərəsinin etüdü” Mərhələ: Rənglə işə başlanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekan ı prof. M.S.Quliyev., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 4 nəfər iştirak  edirdi.

Elnarə müəllimə dərsi aprel döyüşlərini xatırladıqdan sonra işə başladı. Qısa məlumatdan sonra keçmiş mövzu ilə yeni mövzunu əlaqələndirərək yeni mövzunun şərhinə başladı. Mövzunu əhatə etmək üçün əvvəlcədən mövzuya uyğun zəngin əyani vasitələr və slaydlar hazırlamışdı. Müəllimə tələbələrlə gözəl ünsiyyət qurdu və hər bir tələbə ilə fikir mübadiləsi yaratdı.

Açıq dərs müəllim və tələbə heyəti tərəfindən qiymətləndirilərək  “qənaətbəxş” hesab edildi.