12 aprel  2023- cü il tarixdə p.f.d.b/m.Hüseynova Gülbəniz Qurban qızının  II kurs “Texnologiya müəllimliyi” ixtisasında “Ağac məmulatının hazırlanma texnologiyası” fənnindən açıq dərsi keçirildi.

12 aprel 2023- cü il tarixdə  GDU –nun ÜTF və texnologiya  kafedrasının p.f.d.baş müəllim Hüseynova Gülbəniz Qurban qızının II kurs “Texnologiya  müəllimliyi” ixtisasında “Ağac məmulatının hazırlanma texnologiyası” fənnindən “Oduncağın mexaniki emalı üzrə əsas əməliyyatlar”  mövzusunda  açıq dərsi keçirildi.

b/m.Hüseynova Gülbəniz dərsin  məqsədi, iştirak edənlər barədə  tələbələrə məlumat verdi, əvvəlki mövzu ətrafında  tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. İzahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs 27 balla “əla” qiymətləndirildi.