18 aprel 2023- cü il tarixdə müəllim Abbasov Rəşad Akif oğlunun “Optika” fənnindən açıq dərsi keçirildi.

18 aprel 2023- cü il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsində II (1) kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının müəllimi Abbasov Rəşad Akif oğlunun “Optika” fənnindən “İşığın interferensiyası. Koherentlik” mövzusunda açıq seminar dərsi keçirildi.

Açıq dərsdə Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev, Fakültə dekanının müavinləri dos.E.X.İsmayılov., dos.M.C.Tağıyeva, müəllimləır İ.A.Seyidova., T.T.Tahirova., A.C.Məmmədzadə iştirak edirdilər.

R.A.Abbasov açıq dərsə işığın interferensiyası hadisəsinin izahı ilə başladı. Əyani vasitələrdən istifadə etməklə, tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq mövzunun geniş izahını verdi və tələbələrin iştirakı ilə mövzuya aid məsələlərin həll edilməsinə nail oldu.

Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.