03.05.2023-cü il tarixdə b/m. Verdiyeva Esmira Hüseyn qızının III kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Təbiət Materiallarının Bədii Tərtibatı” fənnindən açıq dərsi keçirildi.

03.05.2023-cü il tarixdə b/m. Verdiyeva Esmira Hüseyn qızının III kurs “Təsviri incəsənət müəllimliyi” ixtisasında “Təbiət Materiallarının Bədii Tərtibatı” fənnindən “Təbiət materiallarından müstəvi üzərində kompozisiya. Mərhələ: Kompozisiyanın materialla işlənməsi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 5 nəfər iştirak edirdilər.

b/m.E.verdiyeva mövzunun deyilmə metodikasına uyğun olaraq mövzu ilə əlaqəli mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Mövzu üzrə  əyani vəsait  və elektron variantda   məlumat verərək  lövhədə geniş izahat verdi. Mövzuya uyğun olaraq – təbuiət matyeriallarından – alma qabığından, balıq qulağından, kəndirdən, çinar yarpağından və s. istifadə edərək əyani olaraq işi nümayiş etdirdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “qənaətbəxş” qiymətləndirildi.