Elmi konfrans – 5 may 2023

05 may 2023- cü il tarixdə Gəncə Dövlət Universitetində Ulu öndər H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxaq Konfrans keçirilmişdir. Konfransın təntənəli açılışından sonra konfransının işi bölmələrdə davam etdirilmişdir. Fizika bölməsi öz işinə GDU -nun 2 saylı korpusunda Fizika və texniki fənlər fakültəsində 15-00-da başlamışdır. Bölmə iclasında BDU-nun “Maddə quruluşu” kafedrasının müdiri, prof.E.Ə.Məsimov., “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri, prof.V.M.Salmanov, həmin kafedranın prof.A.Namazova, GDU -nun Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev və başqaları maraqlı məruzələrlə çıxış etdilər.

Konfrans öz işini 06 may 2023- cü il tarixdə öz işini davam etdirəcəkdir.