8 may-2023- b/m.Məhərrəmov Əbülfət Paşa oğlunun açıq dərsi

B\M. ƏBÜLFƏT MƏHƏRRƏMOVUN  AÇIQ DƏRSİ

8 may   2023-cü il tarixdə  “Təsviri incəsənət”  kafedrasının baş müəllimi Məhərrəmov Əbülfət Paşa oğlunun   “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Əllər daxili olmaqla qurşağa qədər portret etüdü” – Format üzərində rəsmin yerləşdirilməsi” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və Texniki fənlər fakültəsinin dekan müavini dos. M.C.Tağıyeva., Təsviri incəsənət  kafedrasının müdiri, prof. M.M.Məmmədov və kafedranın professor – müəllim heyəti üzvlərindən 5 nəfər iştirak edirdilər.

Sonda M.Məmmədov açıq dərs haqqında qeyd etdi ki, Əbüldət müəllimin keçdiyi açıq dərsin təşkilati hissəsi normal idi. Yeni dərsin izahı zamanı slaydan və kağız üzərində işlənilmiş əyani vasitələrdən istifadə etdiki, bu da dərsin keyfiyyətinin yüksəldilməsinə xidmət edirdi.

Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən  “qənaətbəxş” qiymətləndirildi.