Təsviri incəsənət müəllimliyi ixtisasının bir qrup tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Təsviri incəsənət kafedrasının müəllimi p.f.d. L.V.Cahangirova və “Təsviri incəsənət müəllimliyi” ixtisasının 2-ci kurs tələbələri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzdə tələbələr Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, qədim Gəncə şəhərinin tarixi, Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə səfərlərini əks etdirən eksponatlar haqqında ətraflı məlumat alıblar.