Azərbaycan dili kafedrasının b/m.Firduz Məmmədova – I kurs- “Təsviri incəsənət müəllimliyi” ixtisasında keçdiyi dərsi Ulu öndər H.Əliyevin 100 illik yubileyi münasibəti ilə dahi liderin xatirəsinə həsr etdi.

Azərbaycan dili kafedrasının baş müəllimi Firduz Məmmədova Fizika və texniki fənlər fakültəsi Təsviri incəsənət müəllimliyi ixtisasının I kursunda keçdiyi dərsi Ulu Öndərin Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə dahi liderin xatirəsinə həsr etdi. Müəllim Azərbaycan dilində işgüzar və akademik kommunikasiyada seminar və təqdimat etmə bacarığı mövzusunda keçirilən dərsdə tələbələrə Ulu Öndər Heydər Əliyev haqqında şifahi, yazılı və təsviri formada təqdimat hazırlamağı tapşırdı.Tələbələrdən Şəmilova Aidənin çəkdiyi Heydər Əliyevin portreti bugünkü gəncliyin Ümummilli Liderə olan hörmət və sevgisinin təzahürü idi.

Dərsdə Firduz Məmmədova özünün Ulu Öndərə həsr edərək qələmə aldığı şeiri səsləndirdi:

Vəsiyyət etmişdim sizə balalar,
Vətən torpağımız nə basılmaz,nə də satılmaz!
Zəncirtək birləşib,dəmir yumruqla,
Hay vurub yeridiz düşmən üstünə
Tarı-mar etdiniz o xainləri,
Çiçəkli dağları, gözəl məkanı.
Qan töküb, can verib, şəhid olaraq,
Qarabağ torpağını azad etdiniz.
Ruhum təzələndi igid şəhidlərimlə,
Yarama duz töküb göynətdi məni,
Ölməz şəhidlərim ağlatdı məni.
Mətinləşdi, bütövləşdi Azərbaycan!
Dünyaya səs saldı can Azərbaycan!
Arzuların çin oldu, Ulu Öndər.
Torpağımız nə basıldı, nə satıldı,
Qarabağımız alındı, gözlərin aydın olsun!
Cənnətdəki 100 yaşın mübarək olsun!