25 oktyabr 2023-cü il tarixdə G 2 kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  İsgəndərova Səyyarə Paşa qızının “Klassik mexanika” fənnindən  açıq dərsi keçirildi.

25 oktyabr 2023-cü il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin 2 kurs “Fizika müəllimliyi” ixtisasında  Fizika kafedrasının dosenti  İsgəndərova Səyyarə Paşa qızının “Klassik mexanika” fənnindən  “ Ən kiçik təsir prinsipinin dinamika qanunlarından alınması. Ətalət mərkəzi. İmpuls momentiinin saxlanması qanunu” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə  Fizika fakültəsinin dekan müavini, dos.M.C.Tağıyeva., Fizika kafedrasının müdiri dos.Y.B.Namazov.,    Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.Z.M.Zeynalov., b/m.S.X.Musayev., b/m.f.f.d.S.R.İmanova  iştirak edirdilər.

Dos.S.P.İsgəndərova  problemli təlim və interaktiv təlim metodlarından istifadə edərək dərsi izah etdi. O, tələbələrin fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, kommunikativ  və konstruktiv  əlaqələr quraraq tələbələrin fəallığına nail oldu.

  Açıq dərsin sonunda  müzakirə keçirildi və açıq dərs “əla” qiymətləndirildi.